25 Oktyabr
Qubadlı şəhərinin işğaldan azad edildiyi gün, (2020)
Qubadlı şəhəri — Azərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər. 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir.Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfərdir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
Kəndləri bunlardır: Balahəsənli, Aşağı Cibikli, Xallava, Yuxarı Cibikli, Bala Soltanlı, Qaramanlı, Padar, Başarat, Armudlu, Deşdahat, Hat, Milanlı, Çardaqlı, Əyin, Xələc, Tarovlu, Çərəli, Boyunəkər, Saldaş, Dəmirçilər, Poladlı, Dondarlı, DiləliMüskənli, Mirlər, Göyərcik, Əliquluuşağı, Fərcan, Göyyal, Hərtiz, Zor, Bəxtiyarlı Saray, Hal, Ballıqaya, Qəzyan, Məmər, Mollalı, Həmzəli, Çaytumas, Əfəndilər,
Yusifbəyli, Xanlıq, Xocahan, Qilican, Tinli, Xocik, Mərdanlı, Qaracallı, Qarağac, Qarakişilər, Qaralar, Hüseynuşağı, Kavdadıq, Qayalı, Abdalanlı, Ləpəxeyranlı, Mahmudlu, Mahruzlu, Muradxanlı, Muğanlı, Məlikəhmədli, Qundanlı, Alaqurşaq, Davudlu, Eyvazlı, Gürcülü, Qədili, Məzrə, Sarıyataq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Teymur Müskanlı, Xıdırlı, Ulaşlı, Altınca, Əbilcə, Yuxarı Xocamsaqlı, Aşağı Xocamsaqlı, Mehrili, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Zilanlı, Kürd Mahruzlu, Seləli, Novlu, İşıqlı, Həkəri, Cılfır, Seytas, Göyər Abbas, Xəndək. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.25 oktyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusu Qubadlı şəhərini işğaldan azad etmişdir. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazar-çayın sahilində yerləşir.
Rəssam Elmira Şaxtaxtinskayanın 95 illiyi, (1930-1996)
Şahtaxtinskaya Elmira Həbibulla qızı - Azərbaycanın xalq rəssamı və əməkdar incəsənət xadimi.
Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Şair Hacı Mailin 90 illiyi, (1935 -1998)
Hacı Mail 1935-ci il oktyabrın 25-də qədim Nardaran kəndində anadan olmuşdur. Bu kənd nəinki Abşeronda, bütün Azərbaycan diyarında İslam dininə, klassik Şərq poeziyasına və muğama vurğunluğu ilə fərqlənir. Bu gün də Nardaranda hansı qapını açsan, müqəddəs "Qurani-kərim" ilə yanaşı, dahi Nizaminin, Füzulinin, Xətainin, Racinin, Qumrinin kitablarını görərsən. Nardaran ədəbi mühiti on doqquzuncu əsrin ortalarından başlayaraq daha geniş vüsət almağa başlamışdır. Bu dövrdə bir sıra görkəmli qələm ustaları yaşayıb-yaratmışlar. Hacı Mail məhz bu qələm ustaları arasında yetişib püxtələşərək sözün əsl mənasında kamil sənətkara çevrilmişdi. Hacının Nardaran ədəbi mühitində göstərdiyi ən böyük xidmətlərdən biri budur ki, o, özündən sonra gələn nəsillər arasında bir növ körpü yarada bilmişdi. Hacı Mailin daha bir xidməti vardır: qədim Nardaran kəndinin şöhrətini qəzəlxan-şair və füzulişünas alim kimi Azərbaycan çərçivəsindən daha da yüksəklərə qaldırmış, onu bütün Şərq dünyasına tanıtdıra bilmişdir. Füzuli aşiqi Hacı Mailin ölməz şairə olan sonsuz məhəbbəti uşaq yaşlarından başlamışdı ki, bunda da atası İsmayıl kişinin böyük rolu olmuşdur. Baxmayaraq ki, atası xüsusi savad almamışdı, amma klassik ədəbiyyatı mükəmməl bilirdi, Füzuli vurğunu idi. Bəzən Həmid Araslı və Əli Fəhmi kimi adlı-sanlı tədqiqatçılarla da bəhsə girərdi. Hacı Mail düz 18 il Əlyazmalar İnstitutunda çalışıb. Onun Füzulini tədqiq etmək sahəsində əməyi misilsizdir. Hacı ədibin Bakıda, Londonda, Sankt-Peterburqda, və Daşkənddə qorunub saxlanılan doqquz əlyazma nüsxəsini və iki qədim çap nüsxəsini dərindən araşdırmış, nəticədə "Füzuli divanının elmi-tənqidi mətni" kitabı kimi sanballı bir əsər meydana çıxarmışdır.
Görkəmli akademikimiz Vasim Məmmədəliyev Hacı Mailin füzulişünaslığını belə qiymətləndirmişdi: "Cəsarətlə deyə bilərəm ki, ürəfa məclislərində Füzulini Əli Fəhmidən sonra Hacı Mail qədər gözəl aça bilən ikinci şəxsə rast gəlməmişəm".
Xalq şairi Zəlimxan Yaqub demişdir:Füzulidən düşən işıq ulu sözün gur işığı – Hacı Mail o sözlərin yaraşığı.
Söz mülkündə Füzuli bir uca səngər – Hacı Mail o səngərdə qalib əsgər..."
Həqiqətən bəşər aləmində imandan və Vətəndən üstün bir şey yoxdur. Hacı Mail poeziyası da əsas etibarı ilə Vətən sevgisindən yoğrulmuşdu. Hacı Mail 63 illik qısa ömrü ərzində gözəl qəzəllərdən, qəsidələrdən, tərcibəndlərdən, qitələrdən, təxmislərdən, qoşmalardan və s. ibarət zəngin bir irs qoyub getmişdir. Təkcə qəzəllərinin sayı mindən artıqdır. İndiyədək xanəndələrin dilindən düşmür. Hacı Mail 1998-ci ildə dünyasını dəyişmişdir.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 346.
Eldarzadə Azər İsmixan oğlu
Azər Eldarzadə 1994-cü il oktyabrın 25-də Göygöl şəhərində anadan olub.Ailəli idi. Bir oğlu yadigar qalıb.
Azərbaycan Ordusunun əsgəri olan Azər Eldarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Azər Eldarzadə oktyabrın 03-də Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Eldarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həsənov Məharət Ramil oğlu
Şəhid Məharət Ramil oğli Həsənov 1987-ci ilin oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. 2007-ci ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra yeniyetməlik dövründən məşğul olduğu bərbərliyi özünə daimi peşə seçib. İşinə olan məsuliyyəti tezliklə adını şəhərdə tanıdır, yaşından asılı olmayaraq yanına gələnlər ona “əlləri qızıl usta” deyirlər. 2013-cü ilin aprel ayında ailə həyatı quran Məharət 2014-cü ildə dünyaya gələn oğluna atasının adını qoyur. Vaxtilə Polad Həşimovun əsgəri olmuş Məharət Həsənov da orduya ilk könüllü yazılan gənclərin sırasında idi. Dörd dəfə könüllü olaraq müraciət edən Məharət Həsənov, nəhayət sentyabrın 29-da döyüşə yollanır. Bu dəfə də manqa komandiri kimi Vətənin müdafiəsinə qoşulur, əsgərləri ilə birlikdə düşmənin canlı qüvvəsinin və döyüş sursatlarının məhv edilməsində iştirak edir. Döyüş yoldaşlarının dediyi kimi, yaralı əsgərləri döyüş zonasından çıxarır. Yoldaşları nə qədər israr etsə də, yaralanmağına baxmayaraq özü döyüşü tərk etmir. Son damla qanına, axır nəfəsinə qədər döyüşərək oktyabrın 15-də şəhadət məqamına yüksəlir. Noyabrın 10-da Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, müdrik siyasəti, ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü sayəsində 30 il davam edən işğala son qoyuldu, Vətənimizin ərazi bütövlüyü bərpa edildi. İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Məharət Həsənovun da göstərdiyi qəhrəmanlıq, igidlik Ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
İbadlı Araz Babəli oğlu
İbadlı Araz Babaəli oğlu 1999-cu il oktyabr ayının 25-də Lənkəran rayonu Gəgiran kəndində dünyaya göz açıb.
Azərbaycan Ordusunun çavuşu olan Araz İbadlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz İbadlı oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Araz İbadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Araz İbadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Araz İbadlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Məmmədov Anar Zəhəddin oğlu
Anar Məmmədov 1992-ci il oktyabrın 25-də Saatlı rayonunun Azad kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədov Röyal Famil oğlu
Röyad Məmmədov 2000-ci il oktyabr 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2018-ci ildə Mahmudavar kənd tam orta məktəbini bitirir və Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olur. 1 ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılır.
Röyad Məmmədov 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Röyad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyad Məmmədov noyabrın 8-də Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olub. Mahmudavar kəndinda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyad Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mustafayev Elvin Qiyas oğlu
Əsgər Mustafayev Elvin Qiyas oğlu 1993-cü ildə Gədəbəy rayonu Çalburun kəndində anadan olub. 2000-2012 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2012-2013-ci illərdə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Ötən ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. Döyüş tapşırıqlarını uğurla yerinə yetirən Elvin Mustafayev 27 oktyabr 2020-ci ildə Zəngilanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Piriyev Səttər Fuad oğlu
Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub.[1] 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.
Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Xocavənd döyüşləri zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Quliyev Tural Mustafa oğlu
Quliyev Tural Mustafa oğlu 1995-ci il oktyabrın 25-də Yevlax şəhərində anadan olub.
O, 2020-ci il sentyabrın 9-da hərbi xidmətə yollanıb.Tural Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Tural Quliyev oktyabrın 1-də Goranboy rayonu, Murov yüksəkliyi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tural Quliyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.