5 Noyabr

Səyyad Mübariz oğlu Mövsümov

Səyyad Mövsümov 2000-ci il noyabrın 5-də Salyan rayonun Babazanlı qəsəbəsindən anadan olmuşdur . Uşaq yaşlarından etibarən hərbi sahəyə marağı birinci Qarabağ müharibəsi veteranı Mübariz Mövsümovdan keçmişdir. Sentyabr ayında başlayan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murov zirvəsindəki döyüşlərdə düşmənin snayper gülləsi ilə vəfat etmişdir.

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində pulemyotçu kimi xidmət edən Səyyad Mövsumpv Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Sentyabrın 28-də Talış-Suqovuşan istiqamətində verilən döyüş tapşırıqlarını yerinə yetirən zaman həlak olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Səyyad Mövsümov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

 

 

Kəlbəliyev Mirkazım Firuz oğlu 

Kəlbəliyev Mirkazım Firuz oğlu 05.11.1992-ci ildə Bakının köhnə “Sovetski” məhəlləsində anadan olub, qeydiyyatı isə Suraxanı rayoyunda olub. Bakının 172 nömrəli orta məktəbində təhsil alıb. Uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq olub. Ailəsinin sözlərinə görə hətta hərbiyə qəbul olmaq üçün şəhidimiz qurban nəziri belə deyibmiş; hərbiyə qəbul olandan sonra MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) kimi öz xidmətini davam etdirib. İlk maaşını almadan şəhid olub. Ailəli idi, iki qız övladı yadigar qalıb.Şəhidlik ən böyük arzusu olub, ailəsi ilə mütəmadi telefon danışlıqlarında həyat yoldaşına deyirmiş: “Mən şəhid olacağam, amma ağlamayın, məni bayraqda gətirəcəklər, bayrağı sən də, qızlarımız da öpün, təki Vətən sağ olsun!”. Şəhidimiz Tərtər rayonunda xidmət edib, lakin ailəsinə son telefon zəngində bildirib ki,ordumuz düşmənə əks hücüm göstərir və daha da irəli addımlayır. Mirkazım müharibənin ən qızğın döyüşlər getdiyi zaman sentyabr ayının 27-si qəhrəmancasına şəhid olmuşdur. Özünün arzuladığı kimi bayrağa bürünmüş cənazəsi Müşfiqabad qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Şəhidimiz Kəlbəliyev Mirkazım Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Əliyev Fəzail Cahan oğlu 

Fəzail Əliyev 1990-cı il noyabrın 5-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub.[1] 1996-2004-cü illərdə Ə. Cavadov adına Bəhmətli kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Fəzail Əliyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan Fəzail Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fəzail Əliyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bəhmətli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəzail Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəzail Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəzail Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Cəfərov Mübariz Qulu oğlu

Mübariz Cəfərov 5 noyabr 1983-cü ildə Goranboy rayonunda doğulub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Mübariz Cəfərov Ağdərə döyüşlərində savaşıb. 19 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Goranboy rayonunda torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mübariz Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mübariz Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Ədilov Səid Həsən oğlu

Səid Ədilov 5 noyabr 1994-cü ildə Bərdə rayonunda anadan olmuşdur. Səid Ədilov 21 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səid Ədilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səid Ədilov 2 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.