24 Noyabr

Morj Günü

2008-ci ildə Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) və Dəniz Məməliləri üzrə Şuranın təşəbbüsü ilə Morj Günü təsis olunmuşdur. Bu heyvanlar – planetimizin şimal yarımkürəsində məskunlaşmış nəhəng kürəkayaqlılardır. Bu bayram təsadüfən noyabrın 24-ə salınmamışdır. Morjlar payızın son günlərində Çukot dənizinin arktik sahillərini tərk edirlər və qışlamaq üçün Berinq boğazına gedirlər. Bu yerdəyişmə zamanı onlar xüsusilə zəif və müdafiəyə möhtac olurlar. Təbiəti qoruyanlar bu bayramı elan etməklə ictimaiyyətin diqqətini morjların problemlərinə cəlb etməyə çalışmışlar. Ən əsas problem ekoloji problemdir. İqlimin istiləşməyə doğru dəyişməsi Yer kürəsində buz örtüyünün azalmasına gətirib çıxarmışdır. Nəticədə morjlar buzdan quruya keçməyə və burada özlərinə yeni yataqlar yaratmağa məcbur olurlar. Bu heyvanların belə yataqlarda kütləvi toplanması gənc morjların tələf olmasına səbəb olur. Morjların ikinci problemi insanların onların ərazilərinə nüfuz etmələridir. Şimal Buzlu okeanının  şelfindəki qiymətli karbohidrogen yataqlarının insanlar tərəfindən mənimsənilməsi, gəmilərin hərəkəti morjların məhvinə səbəb olur. Ümumdünya Vəhşi Təbiət Fondunun nümayəndələri insanları okeanın sakinlərinə qayğı ilə yanaşmağa, onların problemlərinə biganə qalmamağa çağırır. 

 

 

 

Cabbarov Akif Elxan oğlu

Akif Elxan oğlu Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014–cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib.

Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib. General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır. Akif Cabbarov Suqovuşan, Füzuli uğrunda döyüşlərdə iştirak edib.

Akif oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində həlak olub və Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Akif Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. 

 

Hümbətov Şahin Əlicuvan oğlu

Şahin Hümbətov 1986-cı il noyabrın 24-də Sabirabad rayonunun Minbaşı kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Hümbətov oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ələsgərov Vadim Agaba oğlu

Vadim Ələsgərov 1993-cü il noyabrın 24-də Qusar rayonunun Urva kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Vadim Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vadim Ələsgərov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunun Urva kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vadim Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vadim Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Mehdiyev Paşa Ehtibar oğlu

Paşa Mehdiyev 1978-ci il noyabrın 24-də Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. Paşa Mehdiyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Aprel döyüşləri zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun baş giziri olan Paşa Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Paşa Mehdiyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Paşa Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Paşa Mehdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.