26 Noyabr
Azərbaycan Kəlağayısı Günü
26 noyabr Azərbaycan kəlağayısı Günü bütün dünyada beynəlxalq səviyyədə qeyd olunur. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin keçirilən iclasında “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir.
Kəlağayı faylını birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi hazırayıb. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş olub.
Hazırda Kəlağayıdan başqa, Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısında yer alır.
Ümumdünya İnformasiya Günü
Hər il 26 noyabr tarixinin məhz bu ad altında qeyd edilməsi təşəbbüsü Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamenti tərəfindən irəli sürülüb. Əlamətdar günün beynəlxalq təqvimə salınması ilə bağlı qərar 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə keçirilən I Beynəlxalq İnformasiyalaşdırma Forumunda verilib.
Ümumdünya İnformasiya Gününün 26 noyabr tarixində qeyd olunmasına dair qərar isə rəsmi olaraq YUNESKO tərəfindən 1994-cü ildə qeydiyyata alınıb.
Ümumdünya İnformasiya Gününün əsas məqsədi bu sahədə olan başlıca problemlərə və məsələlərə mütəxəssislərin diqqətini yönəltməkdir.
Keçiliyev Turqut Aydın oğlu
Turqut Keçiliyev 1997-ci il noyabrın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004-2015-ci illərdə 1 saylı Qazma kənd tam orta məktəbində təhsil alıb. Subay idi.Turqut Keçiliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Turqut Keçiliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Turqut Keçiliyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əsgərov Vüqar Rza oğlu
Əsgərov Vüqar 1994-cü il noyabrın 26-da Şərur (indiki Kəngərli) rayonunun Qarabağlar kəndində anadan olub. 2001-2012-ci illərdə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub, lakin maddi çətinliklərə görə təhsilini davam etdirə bilməyib. 2014-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən universitetə qəbul olur, amma təhsildən imtina edir.4 övladlı ailənin 2-ci oğul övladı olan Əsgərov Vüqar qardaşını Rusiyada baş vermiş avtomobil qəzasında itirib. Atası ağır ürək və şəkər xəstəsi olan Vüqarın ən böyük arzusu onun sağlamlığına qovuşması olub.
Azərbaycan Ordusunun əsgəri olan Əsgərov Vüqar 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əsgərov 25 oktyabr 2020- ci ildə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əsgərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhmədov Emil Bahadur oğlu
Emil Əhmədov 26 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olub.Yasamal rayonu 20 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra aşbazlıq məktəbini bitirmişdir.Onun atası Bahadur Əhmədov Birinci Qarabağ müharibəsində şəhid olub.
Həqiqi hərbi xidmətini Gəncədə yerləşən hərbi hissələrdən birində başa vurduqdan sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) tankçı peşəsi üzrə çavuş kursunda iştirak edib. Hərbi təhsilin ardınca üç illik müqavilə ilə çavuş kimi xidmət edib. Sonra isə nümunəvi xidmətinə görə müqaviləsi uzadılaraq TTM-də gizir kursuna göndərilib. Kursu bitirən gizir Emil Əhmədov tank komandiri təyin edilib.
2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur.
Azərbaycan Ordusunun giziri olan Emil Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Hadrutın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil Əhmədov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.