28 noyabr
Məhərrəmli Fuad Habir oğlu
Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Məhərrəmli oktyabrın 12-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Fuad Məhərrəmli ölümündən sonra “Cəsur döyüşçü”, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Alməmmədov Təbriz Letman oğlu
Təbriz Alməmmədov 1995-ci il noyabrın 28-də Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Alməmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Alməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Alməmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz Alməmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz Alməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Təbriz Alməmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Babayev Əmirxan Mirilham oğlu
Əmirxan Babayev Mirilham Oğlu 28 noyabr 1998-ci ildə Bakı şəhəri Yeni Suraxanı qəsəbəsində dünyaya göz açmışdır. İlk təhsilini Suraxanı Rayon 89 nömrəli tam orta məktəbdə almışdır.
18 yaşında həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmətini başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Fəallığına görə fərqlənən Əmirxan, 18 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Əmirxan Babayev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Babayev Cavad Gülverdi oğlu
Cavad Gülverdi oğlu Babayev 28 noyabr 1998-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005-2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Gədəbəy rayonunda həqiqi hərbi xidmətini uğurla başa vurub. Tikinti şirkətlərindən birində işləyib.
Cavad torpaqlarımızın azad olunmasında igidlik göstərərək noyabrın 11-i Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Qızılağac kənd qəbristanlığında böyük izdihamla dəfn edilib.
Valideynləri deyir ki, doğma torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək Cavadın ən böyük arzusu idi. Vətən müharibəsi başlayanda bu arzusunu reallaşdırmaq üçün digər vətənpərvər oğullarımız kimi, o da döyüş meydanına atılıb. Cəbrayıl, Qubadlı və digər bölgələrdə düşmənə ağır zərbələr endirib və həmin rayonların alınmasında böyük şücaət göstərib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cavad Gülverdi oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cavadzadə Şaiq Faiq oğlu
Cavadzadə Şaiq Faiq oğlu 1995-ci il 28 noyabrda Azərbaycan Respublikasının Ağsu rayonunda anadan oldu.
2002-ci ildə Ağsu rayonundakı Zahid Hüseynov adına tam orta məktəbdə başladığı təhsilini 2013-ci ildə tamamladı. 2014-cü ildə hərbi xidmətini başa vurdu.
Azərbaycan Ordusunun əsgəri olan Şaiq Cavadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Şaiq Cavadzadə oktyabrın 4-də şəhid olub. Ağsu şəhərində dəfn olunub
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Cavadzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Cavadzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Abışov Fərid Əlfayım oğlu
Abışov Fərid Əlfayım oğlu 28.11.1996-cı ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olub. Fərid 2016-cı ilin aprel döyüşlərində şücaətlə iştirak edib. Vətən müharibəsi başlanan zaman Səfərbərlik Xidməti tərəfindən müharibəyə cəlb olunan Fərid igidlik və mərdlik göstərərək qəhrəmancasına Şəhid olub.
Abışov Fərid Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.