Abdulla müəllim xatirələrdə

Abdulla müəllim xatirələrdə / red. H. A. İsaxanlı ; tərt.ed. İ. A. İsaxanlı. - Bakı : Xəzər Universiteti, 2022. - 208 s.

Kitaba gəncliyindən ömrünün sonuna qədər Gürcüstanın Qarayazı mahalında, Kosalı orta məktəbində riyaziyyat müəllimi işləmiş və el arasında böyük hörmət qazanmış Abdulla İsayev haqqında onun həmkarları, tələbələri, bölgənin qabaqcıl insanları, eləcə də Kosalı orta məktəbinin məzunları olan bir sıra elm və sənət adamlarının xatirələri daxil edilmişdir.