Bu dünyanın Həsənağası

Bu dünyanın Həsənağası : Şəhid Həsənağa Abdullazadə. - Bakı : [s. n.], 2022. - 134 s.

Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Həsənağa daha sonra isə Ağdərə və Kəlbəcər döyüşlərində ən öndə döyüşən zabitlərdən olur. Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə ayağından güllə yarası alsa da, döyüşü tərk etmir, hospita göndərsələr də, ayaağını sarıyıb, öz taboru ilə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərə yollanır. Heç bir yara bu igidin cəsarətini sındrıa bilmir. O, Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Abdullazadə Həsənağanın şəhadətindən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə "Kəlbəcərin azad olunmasına görə" medalı və "Rəşadət" ordeni ilə təltif edildi.