Hüseyn Abbaszadə : Biblioqrafiya

Hüseyn Abbaszadə : Biblioqrafiya = Huseyn Abbadzadeh : Bibliography = Гусейн Аббасзаде : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed. G. Əfəndiyeva ; elmi red. K. M. Tahirov ; ön söz V. Ə. Yusifli ; red. M. Vəliyeva ; dizayn. M. Əliqızı. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 320 s.

Azərbaycanın Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi "Hüseyn Abbaszadə "Biblioqrafiya" kitabı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Hüseyn Abbaszadənin 100 illik yubileyinə həsr edilmişdir və görkəmli ədib haqqında tərtib olunan ilk biblioqrafiyadır. Biblioqrafiyada Hüseyn Abbaszadənin kitabları, dövri mətbuat, dərslik və məcmuələrdə çap olunmuş əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında material, onun dünyanın ən zəngin milli və universitet kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır. Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.