Hüseyn Cavid : Biblioqrafiya

Hüseyn Cavid : Biblioqrafiya = Huseyn Javid : Bibliography = Гусейн Джавид : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt. ed. M. İbrahimova ; elmi red. K. Tahirov ; ön söz müəl. İ. Həbibbəyli ; red. A. Koçak. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 756 s.

Azərbaycan Milli Kitabxanasının "Azərbaycan görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli nümayəndələrindən biri, filosof-şair, böyük dramaturq Hüseyn Cavidə həsr edilmişdir. Biblioqrafiyada şairin əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında zəngin məlumat toplanmışdır. Vəsaitdə Hüseyn Cavidin həyat və yaradıcılığının əsas tarixləri, ədəbi qeydləri və qələm dostları düşüncələri, eləcə də görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri öz əksini tapmışdır. Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.