Məqsədlisən?

Adilov, N. Məqsədlisən?: [tələbənin işgüzar inkişaf kitabı] / Nadir Adilov. - Bakı: Teas Press, 2018. - 192 s. : cədvəl, rəngli foto.

Kitab müxtəlif yollarla inkişaf etmək istəyən, məqsədsiz və məqsədli baxışlara malik “yaxşı oğlan” və “ağıllı qız” obrazları üzərində qurulub. Məqsədli və məqsədsiz işgüzar inkişaf baxışlarına malik, eyni yaşda olan, eyni məktəbdə oxumuş, hətta universitetdə eyni ixtisasa qəbul olan iki güclü tələbə gəncin həyat tərzi qarşılıqlı müqayisə edilir və nəticə çıxarmaq oxucuların ixtiyarına verilir.