Nizami söhbətləri

Nizami söhbətləri / ön söz, red. İ. Qasımzadə ; məsl. S. Ağabalayeva ; hazırlayan F. Hüseyn ; dizayn. M. Əliqızı. - Bakı : Zərdabi Nəşr, 2021. - 256 s.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin Nizamişünas alimlərdən, şərqşünaslardan, eləcə də dahi ədibin yaradıcılığına bələd olan söz və fikir adamlarından aldığı müsahibələrdən ibarət "Nizami söhbətləri" kitabı "Nizami İli" çərçivəsində nəşr edilib. Kitab Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Azərbaycan" jurnalının layihəsi kimi işıq üzü görüb. Nəşr adı çəkilən jurnalın "Nizami İli"nə töhfəsidir. Sabir Rüstəmxanlı, İlqar Fəhmi, Məsiağa Məhəmmədi, Seyfəddin Rzasoy, Firudin Qurbansoy, Səadət Şıxıyeva, Zəhra Allahverdiyeva, Nəzakət Məmmədli, Əsəd Cahangir, Sərxan Xavəri və Əlimuxtar Muxtarovun dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqındakı ədəbi söhbətlərində dahi ədibin yaradıcılığının ən müxtəlif istiqamətləri, məqamları təhlil olunur. Nəşrdəki müsahibələrin əksəri "Azərbaycan" jurnalında "Nizami söhbətləri" adlı rubrikada dərc edilib.