Sübh çağı bir an

Rayner, Sara . Sübh çağı bir an / S. Rayner ; ing. dil. tərc.ed. Z. Türksoy. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2020. - 444 s.

Brayton - London reysi. Saat 07:44 qatarı. Vaqonlar sərnişinlə doludur. Vaqonların birində qadınlardan biri makiyajını təzələyir. Digər qadın isə ətrafdakı insanları müşahidə edir. Yolçular arasında bir-biri ilə şirin-şirin söhbət edən ər-arvad da var. Digər vaqonda bir qadın nəfis tərtibatlı jurnalı vərəqləməklə məşğuldur. Sonra isə anidən hər şey dəyişir: sərnişinlərdən biri özünü piss hiss etməyə başlayır. İnfarkt keçirən bu kişi Lunun gözü qarşısında canını tapşırır. Şahidi olduğu bu dəhşətli səhnə onun həyatında silinməz iz buraxır. Qatarın yerindən tərpənməyəcəyini anlayan Lu ilə Anna eyni taksiyə minirlər. Anna Karenin ən yaxın rəfiqəsidir. Bəs Karen kimdir? Karen qatarda ölən kişinin həyat yoldaşıdır. O məşum qatar səyahətindən bir həftə sonrakı hadisələr hər anın bir hökmünün olduğunu, üzləşdiyimiz məhrumiyyətlərə rəğmən həyatın davam etməsinin mümkünlüyünü, daha doğrusu, istəsək də, istəməsək də davam etdiyini bizə bir daha xatırladır.