Şuşa ABŞ və Böyük Britaniya mətbuatında

Nəciyev, Elnur. Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında / E. Nəciyev, Ə. İsmayılova ; lay. rəhb. K. Tahirov ; ön söz. müəl. K. Tahirov ; tərc. ed. E. Nəciyev ; red. G. Nəciyeva ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 84 s.

Kitabça Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən materiallardan seçmələrdən, onların tərcümə və şərhindən ibarətdir. Kitabçada Şuşada keçirlən məhərrəmlik mərasimindən, 1905-1906-cı illər ermənilərin türk-müsəlman əhalisinə qarşı Şuşada törətdiyi soyqırımlardan, aclıq çəkən əhaliyə göndərilən humanitar yardımları əngəlləmək üçün onların törətdiyi vəhşiliklərdən, çar Rusiyanın Şuşada törətdiyi soyqırımlardan, çar Rusiyanın Şuşada ruslaşdırma siyasəti və bu tədbiri pərdələmək üçün atdığı addımlardan və başqa maraqlı məlumatlardan bəhs edilir. Təqdim edilən mənbə Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi - Şuşa şəhərinin tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.