Şuşa tarixi mənbələrdə: biblioqrafiya

Şuşa tarixi mənbələrdə: biblioqrafiya = Shusha historical sources : Bibliography = Шуша в исторических документах : Библиография / Azərbaycan Resppublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; elmi red. K. Tahirov ; tərt. ed. X. Abbasova. - Bakı : M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2022. - 632 s. : rəngli foto ; 24 sm. - azərbaycan, rus və ingilis dillərində. - köməkçi göstəricilər: 563 s. - 630 s.

Azərbaycan Mili Kitabxanasının hazırladığı "Şuşa tarixi mənbələrdə" adlı biblioqrafiya Şuşaya həsr olunmuş ikinci fundamental biblioqrafiyadır. Şuşanın 270 illiyi münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi, ictimai-siyasi həyatı, tarixi və memarlıq abidələri haqqında kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapmışdır. Kitabda Şuşa haqqında digər xarici dillərdə olan materiallar, eləcə də dünya milli və universitet kitabxanalarında saxlanılan ədəbiyyatlar ayrıca bölmələrdə verilmişdir. Biblioqrafiyanın sonunda "Əlavələr" böləsində Şuşanın tarixinə dair qiymətli arxiv sənədləri də öz əksini tapmışdır. Biblioqrafiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.