Təhrik

Ostin, Ceyn . Təhrik / C. Ostin ; ing. dil. tərc.ed. A. Mahmudov. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2021. - 304 s.

İfrat bədxərcliyi və israfçılığı ucbatından borca düşmüş bir ingilis baronetinin qızı Anna ilə gənc kapitan Frederik Uentuort bir-birinə aşiq olur. Gənclərin sevgi macərası ətrafdakı insanların hamısının diqqət mərkəzindədir. Amma bu saf məhəbbətin qarşısını kəsən çox şey var. İctimai mühit, onları əhatə edən insanların fikirləri, ali zümrənin dəyərləri, qürur, qərəz, inciklik və əlbəttə, Annanın yaxın rəfiqəsinin təhriki gənclərin qovuşmasına mane olur. Bununla belə səhv məhəbbət yaşarı dəyərdir və o, gec-tez hər şeyə qalib gəlməlidir... Ceyn Ostinin "Təhrik" romanı 1816-cı ildə yazılıb və ilk dəfə 1817-ci ildə, yazıçının ölümündən altı ay sonra nəşr edilib. Əsər iki əsr bundan əvvəl yazılsa da, ingilis ədəbiyyatının dəyərli incisi kimi indinin özündə də böyük maraqla oxunur. Bu maraqlı eşq hekayəsi dəfələrlə nəşr edilib, səhnəyə qoyulub və ekranlaşdırılıb.