Tarixə adını yazan qadınlar : 3-cü cild

Paşayeva, Qənirə Ələsgər qızı. Tarixə adını yazan qadınlar : 3 cilddə / Q. Ə. Paşayeva ; red. Ə. Qoşalı ; dizayn. İ. Nizamioğlu ; Region Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi. 3-cü cild / ön söz F. Akçura. - Bakı : Ozan, 2019. - 444 s.

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın "Tarixə adını yazan qadınlar" kitabında ayrı-ayrı əməli fəaliyyət sahələrində (o cümlədən ədəbiyyatda, siyasətdə, iş dünyasında, dövlət quruculuğunda və s.) böyük işlər görmüş, "ilk"lərə (hətta qəhrəmanlıqlara!) imza atmış, tarixin müxtəlif dövrlərində yaşamış ünlü qadınların həyat və fəaliyyətləri haqqında məqalələr toplanmışdır. Bu məqalələrin əksər hissəsi 2010-2011-ci illər ərzində lent.az internet portalında (və portala istinadən bir sıra kütləvi informasiya vasitəsində) yayınlanmış, geniş oxucu rəğbətini qazanmışdır. Qeyd edək ki, müəllif bundan öncə "Nobel mükafatlı qadınlar" adlı kitabla da oxucuların görüşünə gəlmişdir. Xanım millət vəkilinin "Tarixə adııını yazan qadınlar" kitabı üç cilddə nəşr olunub və dünyaca ünlü 100 qadını əhatə edir. Müəllifin özünəməxsus üslub və peşəkarlıqla qələmə aldığı "Tarixə adını yazan qadınlar" əsəri geniş oxucu kütləsi üçün nəzərdə tutulub.