Zəfər dastanı : 44 günlük Vətən Müharibəsi haqqında

Soltanqızı, Rəhilə. Zəfər dastanı : 44 günlük Vətən Müharibəsi haqqında / R. Soltanqızı ; naşir H. Hüseynov ; hərbi məsl. K. Seyidov ; red.: C. Həsənov [et al.] ; dizayn. R. Mahmudov ; tex. red. R. İlqaroğlu. - Bakı : Çaşıoğlu , 2022. - 487 s. 

44 günlük müharibədə düşmən ordusunu kökündən sarsıdan, onları məhv edən Azərbaycan ordusu əsl zəfər dastahı yazdı. Təqdim olunan "Zəfər dastanı" kitabının müəllifi də onlardır - igid vətən oğulları...Hər birinin dastanını mən sadəcə qələmə aldım. 44 günlük müharibədə kişi sözü verdilər və düşməni torpaqlarımızdan, prezidentimizin təbirincə desək, "iti qovan kimi" qovdular... Mərmilərin, qumbara, tank, top güllələrinin atəşi altında bu dastanı öz qanları ilə, söz-söz, cümlə-cümlə yazdılar. Tarixi faktlar əsasında yazılan bu dastanın hər sətrini oxuduqca qürur duyuruq. O igidlər ki, vətən tarixinə qızıl hərflərlə "Qələbə" sözünü yazdılar. Onlar bizə bütöv Azərbaycanı bağışladılar və şəhidlərimizin ruhuna qələbə duası oxudular! Qoy bu dastanı 7-dən 77-yə qədər hər kəs oxusun! Belə igidləri doğan analar övladları ilə qürur duysunlar! Bu kitabda vətən uğrunda döyüşən igidlərimizin çox az bir hissəsi haqqında danışılır. Onların sayı çoxdur. Lap çoxdur...Bu dastanı söyləyənlərin dilindən kimsə öz övladı, kimsə atası, kimsə qardaşı, kimsə həyat yoldaşı, kimsə də dostunun qəhrəmanlığı haqqında bilmədiklərini biləcək, eşitmədiklərini eşidəcək...