365 gündə sevimli peyğəmbərim

Damla, Nurdan. 365 gündə sevimli peyğəmbərim / N. Damla ; red., tərc.ed. N. Məmmədzadə. - Bakı : Qələm Çingizoğlu MMC, 2017. - 398 s.

Kitabımız bir il boyunca oxunmaq üçün hazırlanmışdır. Buna görə də kitabımızda Sevimli Peyğəmbərimizin həyatından seçilmiş 365 xatirə yer alır. Hekayə üslubunda yazılmış mövzularda xronoloji ardıcıllığa riayət edilmişdir. Övladınızla birlikdə Əziz Peyğəmbərimizin həyatına nəzər salmaq üçün 1-ci gündən 365-ci günə qədər oxumağınızı tövsiyə edirik. Kitabın içində uşaqların anlamaqda çətinlik çəkə biləcəyi hadisələr, asanlıqla tələffüz edə bilməyəcəkləri sözlərlə rastlaşa bilərsiniz. Buna görə də hər gün oxunan mətn haqqında onunla söhbət etmənizi, sual-cavab metodu ilə çətinlik çəkdikləri məqamları başa salmanızı tövsiyə edirik.