Melisa

Nuruqızı, Sevinc. Melisa : nağıl-povest / S. Nuruqızı ; naşir T. Axundov ; rəs. Tahirə ; dizayn. F. İbrahimova. - Bakı : Təhsil, 2021. - 112 s.

Yazıçı-publisist Sevinc Nuruqızının qələmə aldığı "Melisa" nağıl-povestin qəhrəmanı çəhrayı saçlı Melisa da uzaq ellərdən gəlincik kimi gələrək balaca qızcığazın doğmasına çevrilir. Daşı belə canlandıra biləcək bir qayğı ilə əhatə olunan Melisa günlərin bir günü həyatın acı həqiqətlərinin, amansızlıqlarının axarına düşür...Bir müddət çəhrayı dünyasından uzaq düşərək müxtəlif, qarışıq rəngli reallıqların içindən keçən Melisa balaca dostları ilə birgə böyüklərin haqsızlıqlarından əzilir, kədərlənir, inciyir. Onların nəvazişlərindən canlanır, sevinir, ruhlanır. Yazıçı əsərin süjet xətti boyu balaca oxucusunu Melisanın "taleyinin" izləyicisinə çevirir. Maraqlı, bədii təsvirlərlə onu bu çəhrayı saçlı gəlinciyin təsir dairəsində saxlayır.