Sehrli nağıl : Kiçik yaşlı məktəblilər üçün nağıl

Dikkens, Çarlz. Sehrli nağıl : Kiçik yaşlı məktəblilər üçün nağıl / Ç. Dikkens ; bədii red. N. Rəhimov ; texniki red. L. Qarayeva ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. F.Köçərli adına Respublika Uşaq Kitabxanası. - Təkrarnəşr, 1988-ci il nəşri əsasında. - Bakı : Renessans-A, 2020. - 32 s. 

Sehrli sümük əhvalatının qəhrəmanı xalq nağıllarından bizə tanış olan zəhmətkeş, ağıllı, fərasətli qızdır. Dikkens bizə deyir ki, zəhmətsevərlik, yaxın adamların qayğısına qalmaq bacarığı mütləq mükafatlandırılır. İnsan gücü çatan hər işi özü görürsə, onda onun başqasından da kömək ummağa haqqı var - "sehrli sümüyün də əsas sirri" elə bundadır. Əsl uşaq sadəlövhlüyü ilə fərqləndiyinə baxmayaraq, bu nağıl belə səmimi bir ümid ifadə edir ki, işıqlı və ədalətli zaman gələcək, onda insaflı və qayğıkeş olmağı bacaranlar mütləq xoşbəxt olacaqlar. Təkrar çap zamanı ilk nəşrin kitab göstəriciləri olduğu kimi saxlanılmışdır.