Şuşanın sehrli açarları

Amanova, Solmaz Bayramqulu qızı. Şuşanın sehrli açarları : Nağıl-poema / S. B. Amanova ; red. A. Cahangirova ; rəs.: İ. Məmmədov, M. Novruzova ; bur. məsul Ü. Məmmədova. - 1-ci nəşr. - Bakı : Everest Nəşriyyat Evi, 2021. - 47 s. 

Şuşa şəhəri qədim Qarabağın döyünən ürəyi, Qarabağ isə Azərbaycan xalqının milli qüruru, qəhrəmanlıq rəmzidir. Qarabağ zəngin muğamın, qədim abidələrin, incəsənət nümunələrinin, naxışları gözoxşayan xalçaların vətəni hesab olunur. Milli Azərbaycan Tarixi Muzeyində Şuşanın qala qapısının gümüş açarları saxlanılır. Tarix boyu mənfur düşmənlərimiz bizim qədim torpaqlarımıza göz dikmiş, zaman zaman bu torpaqları işğal etməyə və mədəni irsimizi mənimsəməyə cəhd etmişlər. Müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən mübarizəsi nəticəsində 8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri öz həqiqi sahibinə qovuşdu. Artıq qələbə bizimdir. Vətənimizin qəhrəman övladları bütün dünyaya sübut etdilər ki, biz qədim mədəniyyətə, tarixə, ədəbi irsə malik cəsarətli və müdrik bir xalqıq!