Heydərov, Rasim Arif oğlu. Tolışə zıvon 1 : Bo umumtəhsilə mıəssison 1-nə sinifiro tolişə zıvon fənni DƏRSKİTOB / R. A. Heydərov, A. G. Cəfərov, E. S. Səmədov ; red. Ə. Rəcəbli ; dil red. A. Bayramov ; tex. red. R. Mahmudov ; rəs. D. Əhmədova ; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi. - Bakı : Çaşıoğlu, 2024. - 72 s.
Dərslik 1, 4-cü sinifləri əhatə edir. Elm və Təhsil Nazirliyinin azsaylı xalqlarla bağlı kurikulum proqramı əsasında yeni dərslik və metodik vəsait çap edilib. Hər iki vəsait Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun əməkdaşları Rasim Heydərov, Aqil Cəfərov və Elvin Səmədov tərəfindən hazırlanıb. Həmmüəllif Rasim Heydərov Meydan TV-yə bildirib ki, dərsliklər dörd-beş il öncədən hazırlansa da, çap edilməsi yubanıb. Metodik vəsaitdə əsas müəllif Aqil Cəfərov, dərsliklərdə isə əsas müəllif Rasim Heydərovdur. Bu ilin iyulunda Azərbaycan Talışları İctimai Şurası (ATİŞ) Milli Məclisdə talış regionunu təmsil edən deputatlara və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edərək talışların kompakt yaşadıqları bölgədəki məktəblərdə talış dilinin tədris edilmədiyini, yeni dərsliklərin çap olunmadığını bildirmişdilər. Azərbaycanda talışların kompakt yaşadıqları ərazilər Astara, Lənkəran, Masallı, Lerik rayonlarıdır. Bu rayonlardakı məktəblərdə talış dili 4-cü sinfə qədər həftədə bir dəfə keçirilir. Talışlar Azərbaycanda ikinci böyük etnik qrup hesab edilirlər. 2009-cu il siyahıyaalmasında Azərbaycanda 112 min talışın olduğu hesablanmışdısa, 2019-cu ildə həmin göstərici 87 min 578 nəfərə enib. Bildirilir ki, onların sayı 22 faiz (24 min 422 nəfər) azalıb. Rəsmi rəqəmlərə görə, ölkə əhalisinin 0.9 faizi talışlardır.