Uzaq planetin sirri

Yusifqızı, Reyhan. Uzaq planetin sirri : Elmi-fantastik trilogiya 3-cü kitab / R. Yusifqızı ; red. R. İsmayılov ; rəs. E. Cabarov ; dizayn. S. Vəzirova. - 2-ci nəşr. - Bakı : Altun kitab, 2019; - 2021. - 144 s.

Leminin yaşadığı X planetinə bədbəxtlik üz verib. Dostları darda qoymaq olmaz... Amma biz o uzaq planet haqda nə bilirik? Yüksək texnologiyalar planetin simasını tamamilə dəyişib: avtomat sistemlər, "ağıllı ev"lər, sürücüsüz maşınlar, ev robotları, işçi kiborqlar... İlk baxışdan insanların həyatı yüngülləşib. Lakin onların yaratdığı süni zəka özlərinə qarşı çevrilmişdir! Kiborqlar üsyanı qaldırıb! Onlara başçılıq edən Super İntellekt daha insanlara tabe olmur! O çox güclüdür, bütün sərhədləri aşa bilir. Onun qarşısında kim dayana bilər? Planeti necə xilas etmək olar? Macəra dolu bu kitabın müasir uşaqların stolüstü kitabına çevriləcəyinə inanıram!