Zümrüdün sehirli xalçası

Səmədova, Əsli. Əli və Zümrüdün sehirli xalçası : сказки / Ə. Səmədova ; tərc.ed. N. Məmmədov ; red.: A. Cəfərova, F. Hüseynova ; ill. A. Əmirova. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 103 s.

Bu kitabda qədim tarixə malik xalçaçılıq sənəti uşaqlar üçün obrazlı şəkildə, sadə dildə təsvir olunur. Müasir dünya ilə nağıl aləminin və eyni zamanda yaxın tariximizin əlaqələndirilməsi kiçik oxucularımız üçün hekayəni daha da maraqlı edir. Onlar kitabı oxuduqca qəhrəmanlar Əli və Zümrüdlə birlikdə Qarabağ xalçaçılıq məktəbinin mərkəzi olan Şuşa şəhərinə xəyali səyahət edir, xalçanın necə ərsəyə gəlməsi prosesi ilə əvvəldən axıra qədər tanış olurlar. Kitab 6 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulub.