Ac həriflər

Haqverdiyev, Əbdürrəhim bəy Əsəd bəy oğlu. Ac həriflər : Dram əsərləri / Ə. Ə. Haqverdiyev ; ill. A. Məhərrəmova ; ön söz G. Qarayeva. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2018. - 416 s.

Nasir, dramaturq, ədəbiyyatşünas, Əbdürrəhim bəy Haqverdiyev klassik hekayə və dram əsərləri ilə ədəbiyyat tarixində özünəməxsus iz buraxıb. "Ac həriflər" kitabında yer alan "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu", "Baba yurdunda" dram əsərləri məzmununa, maraqlı obrazlarına, dilinə, mövzusunun əhəmiyyətinə görə həmişə oxucuların diqqətini cəlb edib. Onun "Ac həriflər", "Millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutub.