Balacalardan böyük suallar və bəzi böyük insanların cavabları

Haris, Cemma . Balacalardan böyük suallar və bəzi böyük insanların cavabları / C. E. Haris ; tərt.ed. C. Elvin Haris ; tərc.ed. İ. Əkbər. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2020. - 311 s. 

Adətən, uşaqların sualları adamı lap karıxdırır. Bir hissəsini bilsəniz də, tam cavabı çoxdan unutmusunuz, ya da həqiqəti ala-yarımçıq xatırlayırsınız. Təsəvvür edin ki, həmin an bu məsələ üzrə mütəxəssisə çevrilirsiniz və uşaqların anlayacağı sadə dillə bildiklərinizi danışırsınız. Böyük sualların arxasındakı ideya məhz budur. On ibtidai məktəbin köməkliyi ilə 4-12 yaş arası minlərlə uşaqdan ən çox cavab almaq istədikləri suallarını bizə göndərməklərini xahiş etdik. Nəticə heyranedici və xeyli əyləncəli oldu. Çoxlu maraqlı və ağıllı suallar aldıq. Hər şeylə maraqlanan uşaqlar və onların ağlagəlməz sualları qarşısında çaşıb qalan valideynlər üçün düşündürücü, maarifləndirici, əhəmiyyətli və son dərəcə faydalı bir kitab.