Bozqurdun sirri

Cəfərova, Xülya Rabil qızı. Külək. Bozqurdun sirri. II kitab / X. R. Cəfərova ; ill. M. Qafarov. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2019. - 200 s. 

"Külək - Bozqurdun sirri" əsərində seriyanın ilk kitabında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Bəs görəsən, Külək öz məqsədinə nail olub onunla açıq savaşa girməkdən çəkinən məkrli düşmənə qalib gələ biləcəkmi?