"Diribaş qızlar" klubu : Bu kitab təkcə qızlar üçün deyil, həm də oğlanlar üçündür...

Yusifqızı, Reyhan. "Diribaş qızlar" klubu : Bu kitab təkcə qızlar üçün deyil, həm də oğlanlar üçündür... / R. Yusifqızı ; red. B. Əliyev ; dizayn. M. Allahverdiyev ; il. N. İsayeva. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2022. - 104 s.

Sənin MƏKTƏB HƏYATIN necə keçir? Yaşıdlarınla dil tapa bilirsən? Sinif yoldaşlarınla yola gedirsən? Əlbəttə, evdə bütün uşaqlar əzizlənir, ərköyünlük edə bilir. Amma məktəbdə belə ərköyün uşaqlardan düz otuz nəfər var...Bu kitabda Selcan və onun dostlarının məktəb macəralarını oxuyacaq, onların sirlərini öyrənəcəksən. Utancaq Tunar sən demə məktub yazmağı da bacarırmış! Fuadın danışdığı məzəli əhvalatların sonu varmı? Sinifdə ingilis dilini ən yaxşı bilən Teymur niyə yalan danışdı? Sinfə təzə gələn şagird, bəlkə,heç pis oğlan deyil? Sənin parta yoldaşın riyaziyyatı yaxşı bilirsə, üstəlik boksçudursa, bu daha maraqlı deyilmi? Ola bilər ki, sənin də sinifdə "super" hesab elədiyin biri var... Dostlarına inanırsansa, sirrini onlara aça bilərsən.