Dünya atlası

Kreyn, Nik. Dünya atlası : 10 yaşından yuxarı şagirdlər üçün əlavə dərs vəsaiti. İngilis dilindən tərcümə / N. Kreyn ; tərc. ed.: A. Cəfərova, G. Qasımova, M. Atasoy ; məsl. N. Seyfullayeva ; mətn tərt. E. Fərzəliyev ; ill. D. Din. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2015. - 48 s.

Bütün gənc tədqiqatçılara səslənirik! Planetə aid təsəvvürlərinizi genişləndirərək səyahətə başlayın. Bu yolda bələdçiniz Yer planetinin heyranı, BBC kanalının aparıcısı Nik Kreyndir. Xəritənizi isə rəssam Devid Din çəkib. Planetimizə macəra dolu səyahətdə siz dünya okeanlarını öyrənəcək, Yer kürəsinin fərqli mühitlərini şərqdən qərbə araşdıracaq, müxtəlif insanlarla tanış olub, onların həyat tərzini müşahidə edəcək, rəngarəng canlı təbiətini seyr edəcək, yeni texnologiyalar haqqında məlumat toplayacaqsınız.Coğrafi regionlara bölünmüş Dünya Atlası Yer kürəsindəki icma va mədəniyyətlərin yerli həyat şəraitinə necə uyğunlaşdığını əks etdirir. XXI əsr üçün hazırlanmış atlasda planetin bütün hissələrinin bir-biri ilə qarşılıqlı əlaqəsi göstərilir, daha təmiz və parlaq gələcək naminə ideyalar verilir. Bu kitab ilk dəfə 2011-ci ildə Böyük Britaniyanın "Barefoot Books" nəşriyyatı tərəfindən "World Atlas" adı ilə nəşr olunub. Qlobal macəranın içində dünya okeanlarını öyrənmək, fərqli mühitlərdə Yer kürəsini şərqdən qərbə tədqiq etmək, müxtəlif insanlarla görüşüb, onların maraqlı həyat tərzini, rəngarəng, canlı təbiətini öyrənmək və yeni texnalogiyalar haqqında məlumat əldə etmək imkanı verən kitab "Barefoot Books" nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evinə məxsusdur.