Kor çalğıçı

Korolenko, Vladimir. Kor çalğıçı / v. Korolenko ; tərc.ed, uşaq. üçün işl. E. Astanbəyli ; tex. red. R. Nəbiyev ; rəs. E. Cabarov. - Bakı : Altun Kitab, 2019. - 112 s.

Böyük yazıçı Vladimir Qalaktionoviç Korolenko 27 iyul 1853-cü ildə o vaxt Çar Rusiyasının, indi isə Ukraynanın tərkibində olan Jitomir şəhərində doğulub. Ata tərəfdən ukraynalı, ana tərəfdən polyakdır. 20 yaşında ikən oxuduğu ali məktəbdən qovulub və sürgün edilib. Buna səbəb rəhbərliyin tələbələrə qarşı təhqiramiz davranışlarına etiraz etməsi olub. Çar hakimiyyətinə qarşı olan kəskin fikirlərinə görə sonralar da dəfələrlə sürgün həyatı yaşayan Korolenko 1921-ci ildə, Poltava şəhərində (Ukrayna) vəfat edib. O, bir-birindən maraqlı sürgün hekayələri ilə yanaşı, 33 yaşında yazdığı "Kor çalğıçı" əsərinin müəllifi kimi tanınır. Bu əsər gözləri anadangəlmə görməyən qəhrəmanın timsalında insan iradəsinin nəyə qadir olduğunu göstərir.