Koralina

Geyman , Nil. Koralina / N. Geyman ; red. C. Zeynallı ; tərc.ed. Ə. Nəcəfxanlı ; dizayn: R. Şamilqızı, R. Qasım ; ill.: K. Riddell, D. Mckean. - Bakı : Qanun, 2019. - 160 s. 

"Koralina" povesti tanınmış ingilis yazıçı-fantastı Nil Geymanın ən məşhur əsərlərindəndir. Uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş bu əsərdə cəsarətli, ağıllı və hər şeylə maraqlanan balaca Koralinanın başına gələnlər təsvir edilib. Real dünyada daim məşğul görünən valideynləri Koralinanın çox sevsələr də, ona yetərincə vaxt ayırmırlar. Buna görə də qızcığaz darıxaraq özü üçün macəra axtarışına çıxır və başqa bir aləmə-paralel dünyaya düşür. Olduqca şirnikləndirici təsir bağışlayan həmin aləmdə Koralina düyməgözlü cadugər ananın tələsində çətin sınaqlarla üz-üzə qalır. Qondarma ana ona həmişəlik orada qalmağı təklif edir, lakin bundan ötrü qızın da gözlərinin yerinə düymələr tikilməlidir. Koralina bundan imtina edir, ona yardımçı olan pişiyin və gözmuncuğu olan dəlikli daşın köməkliyi ilə bütün çətinliklərə sinə gərərək özünü və ifritənin əsarətinə düşmüş valideynləri ilə üç kabus uşağı da xilas edir. Bütün bunlar əsərdə maraqlı bədii ifadələrlə qələmə alınıb.