Mərcan adası

Ballantayn, Robert Maykl. Mərcan adası / R. M. Ballantayn ; tərc.ed., red. F. Mirzə ; rəy. R. Quliyev ; rəs. R. Həsənzadə. - Bakı : Libra kitab, 2019. - 120 s.

Robert Maykl Ballantayn dünya ədəbiyyatı tarixinin məşhur simalarından hesab olunur. Onun "Mərcan adası" romanı dünya uşaq ədəbiyyatının şah əsərlərindən sayılır. Ralf Rover, Peterkin Cey və Cek Martin qəza nəticəsində kimsəsiz mərcan adasına düşürlər. İki il boyunca adada yaşayan bu üç gənc əzm və ümidlə həyatda qalmağı bacarır. Romanda tənha adada təkbaşına qalan gənclərin başlarına gələn macəralardan söhbət açılır.