Mobi-Dik

Melvill, Herman . Mobi-Dik / H. Melvill ; tərc.ed, uşaq. üçün işl. A. Haqverdiyeva ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; ill. R. Kent. - Bakı : Altun Kitab, 2020. - 128 s.

Məşhur Amerika yazıçısı Herman Melvill onlarla romanın müəllifidir. Lakin bu romanların heç biri ona "Mobi-Dik" əsəri qədər şöhrət qazandırmayıb. Halbuki 1851-ci ildə qələmə alınan bu romanın ilk nəşri də uğurlu alınmamışdı. Lakin Melvillin ölümündən sonra "Mobi-Dik" sanki yenidən kəşf edildi və bestsellerə çevrildi. Romanın müəllifi isə dünya ədəbiyyatının böyük yazıçılarından biri kimi qəbul olundu.Balina ovçusu kapitan Ahav ilə nəhəng ağ balinanın macəra dolu mübarizəsindən bəhs edən əsər bir-birindən maraqlı səhnələrlə zəngindir və oxucunu daim həyəcanda saxlayır.