Muhəmməd peyğəmbər : Uşaqlar üçün

 Köçərli, Çinarə Mahir qızı. Muhəmməd peyğəmbər : Uşaqlar üçün / Ç. Köçərli ; rəy. V. M. Məmmədəliyev ; red. H. Rüstəmova ; rəs. R. Məmmədova. - 1-ci nəşr. - Bakı : Maxofset, 2020. - 240 s. 

O, insanlığın iftixarıdır! Zaman insanların qəlbində ona aid heç bir həqiqəti nə köhnəldə, nə də silib ata bilmişdir. O, Muhəmməd peyğəmbərdir (Allahın ona salavat və salamı olsun)! Sizə təqdim etdiyimiz bu kitabda İslam peyğəmbəri Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı, gördüyü nəcib işlər barədə məlumatlar hekayələr şəklində toplanmışdır. Mətnlər rəngli illüstrasiyalarla müşayiət olunur ki, bu da uşaqların hadisələri canlı təsəvvür etmələrinə kömək edir. Verilən mətnlərin daha yaxşı qavranılması üçün kitabda şeirlər də yer almışdır.