Qara Yusif

Nəcəf, Əkbər. Qara Yusif / Ə. Nəcəf ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. L. Bəşirova. - Bakı : Altun, 2022. - 176 s. 

Quracağı dövlətin təməlini dustaq olaraq saxlanıldığı zindanda atmış uzaqgörən dövlət adamı, Əmir Teymurun öz varislərinə onunla münasibətdə xüsusilə diqqətli və ehtiyatlı olmağı vəsiyyət etdiyi mahir sərkərdə idi. Söhbət Azərbaycan tarixinin görkəmli simalarından biri – Qaraqoyunlu dövlətinin yaradıcısı və ikinci hökmdarı olan, lakin əksəriyyətimizin haqqında çox az şey bildiyi Qara Yusifdən gedir. Tanınmış tarixçi Əkbər Nəcəfin (1975) qələmə aldığı bu kitabda siz Qara Yusif haqqında bütün suallara cavab tapacaq, onun həyatı və şəxsiyyəti, eləcə də yaşadığı dövrün ictimai-siyasi mənzərəsi barədə bir-birindən maraqlı faktlarla tanış olacaqsınız.