Xristofor Kolumb

Yakov, Svet. Xristofor Kolumb / S. Yakov ; tərc.ed. S. Budaqlı ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. S. Vəzirova. - Bakı : Altun Kitab, 2021.

Kolumbun adı tarixə Amerika qitəsini kəşf edən ilk səyyah kimi düşüb. Dənizçilik karyerasına 22 yaşında başlayan Kolumbun rəhbərlik etdiyi donanma 1492-ci ildə Hindistana dəniz yolunu tapmaq üçün yola çıxdı. Həmin ilin oktyabrında matroslardan biri "Torpaq" deyə həyəcanla bağıranda Xristoforun sevinci yerə-göyə sığmırdı. O fikirləşirdi ki, axtarışına çıxdığı dəniz yolunu, nəhayət, tapıb. Kolumb, həqiqətən də, böyük kəşfə imza atmışdı, lakin onun ayaq basdığı torpaq Hindistan yox, o vaxtadək varlığı heç kimə məlum olmayan Amerka qitəsi - Yeni Dünya idi.