• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    215 saylı məktəbin şagirdləri Kitabxanaya ekskursiya etdilər.
    26-05-2016 11:11:00

    26 may 2016-cı il tarixdə Bakının Sabunçu rayonundakı 215 saylı məktəbin VII sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Şagirdlərə kitabxananın adını daşıyan Firidun bəy Köçərli haqqında ətraflı məlumat verildi, bildirildi ki, Firidun bəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. O, ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamış, el sənətini dərin vətəndaşlıq hissi ilə sevərək qədrini bilmiş, şifahi ədəbiyyatı itib-batmaqdan, unudulmaqdan qorumağı vacib saymışdır. XX əsrin əvvəllərində realist bədii nəsrdə, dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzadə, şeir aləmində Mirzə Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir bəy Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sahəsində ədəbiyyatşünaslıq elmində də Firidun bəy Köçərli həmin ucalıqda qərar tutur. Ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən, çoxcəhətli yaradıcılığa malik olan Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, ən başlıcası isə uşaq folklor antalogiyasının banisi kimi adını tarixə qızıl hərflərlə yazmışdır. Məhz onun xidmətidir ki, xalqımızın bu gözəl folklor nümunələrini toplayaraq “Balalara hədiyyə”si ilə Sizlərə ərməğan etmişdir. Şagirdlər kitabxana qaydaları ilə tanış oldu, onlara kitabın insan həyatında böyük əhəmiyyət kəsb etdiyi məqamlar haqqında geniş məlumat verildi. Uşaqlar kitabların daxil olduğu kitabişləmə və komplektləşdirmə şöbəsindən başlayaraq bütün kitabxana fondu ilə tanış oldular, oxu zallarında onları maraqlandıran mövzularda ədəbiyyat seçib mütaliə etdilər. Həmçinin nağıl otağında nağıllarımız haqqında məlumat əldə etdilər. Azərbaycan xalq nağılları əsasında maraqlı müzakirələr aparıldı. Ekskursiyanın sonunda bütün şagirdlərə kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft