• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    ”Bizə kitab gəlib” adlı kitab sərgisi təşkil etdi.
    24-04-2016 08:27:00

    24 aprel 2016-cı il tarixdə F.Koçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının əməkdaşları Ümumdünya Kitab və Müəllif hüquqları günü münasibətilə ”Bizə kitab gəlib” adlı kitab sərgisi təşkil etdi. Kitab sərgisində 265 saylı məktəbin şagirdləri, valideynlər, müəllimlər iştirak edirdi. Sərgidə 2 saylı filialın əməkdaşları kitabxanaya təzə gələn kitab və jurnalları nümayiş etdirməklə yanaşı, kitabların məzmunu, rəssamı, yazıçı və nəşriyyatı haqqında tədbir iştirakçılarına qısa məlumat verdilər. Həmçinin nümayiş olunan kitablar haqqında uşaqların fikirlərini öyrənmək məqsədilə metodika şöbəsi tərədindən tərtib olunmuş rəy sorğuları paylandı. 265 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi kitabxananın bu təşəbbüsünü qiymətləndirdi və yeni kitablar içərisində əxlaqi mövzuda olan bədii ədəbiyyatın uşaqların mütaliəsi üçün vacib olduğunu vurğuladı. Həmçinin, sərgidə nümayiş etdirilən kitabların yaşından asılı olmayaraq bütün oxucuların, xüsusilə məktəb yaşlı uşaqların təlim-tərbiyəsində xüsusi yer tutduğunu, bu kitabların oxucuların şüuruna, davranışına, hərtərəfli inkişafına ümumiyyətlə, şəxsiyyət kimi formalaşmasına və yetkinləşməsinə təsirindən danışdı. Sərgidə iştirak edən valideynlər, müəllimlər 2 saylı filialın əməkdaşlarına yeni kitablar haqqında ətraflı və maraqlı məlumatlarına görə öz minnətdarlıqlarını bildirdi. Kitab sərgisində fəal iştirak edən oxuculara kitabxananın təsis etdiyi ”Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft