• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Abbas Səhhət. Biblioqrafiya” kitabı və “Abbas Səhhət” elektron məlumat bazasının təqdimatına həsr olunmuş tədbir keçirildi.
    30-06-2017 13:34:00

    30 iyun saat 1100-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanan “Uşaq ədəbiyyatı xəzinəsi” seriyasından çap olunan Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abbas Səhhətin həyat və yaradıcılığına həsr olunan “Abbas Səhhət. Biblioqrafiya” kitabı və “Abbas Səhhət” elektron məlumat bazasının təqdimat mərasimi keçirildi. Ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən 224 səhifəlik biblioqrafik göstəricidə 1904-2016 cı illərdə dərc olunan materiallar əks olunub. Göstəricidə 1101 adda əsərin biblioqrafik təsviri verilib. Onların içərisində 3 filmoqrafiya və 10 əsas arxiv materialları və əlyazmaları öz əksini tapıb. Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi  Abbas Səhhət Mehdizadənin həyat və yaradıcılığına həsr olunmuş bu biblioqrafiyada görkəmli şairin  qələmə aldığı bütün əsərlər və onun haqqında yazılan materiallar öz əksini tapmışdır. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açdı. O, F.Köçərli adına RUK-un direktorunu və kollektivini 4-cü biblioqrafik göstəricinin nəşrinin  uğurla həyata keçirməsi münasibətilə təbrik etdi. Sonra tədbiri F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq qonaqları salamladı biblioqrafik göstərici və elektron məlumat bazası haqqında ümumi məlumat verdi.  Tədbirdə iştirak edən qonaqlar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov, biblioqrafiyanın ön söz  müəllifi filologiya elmləri doktoru, professor, Asif Rüstəmli, BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dossent Nadir İsmayılov, tənqidçi-alim Füzuli Əsgərli, Misir Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Əhməd Sami, uşaq yazıçılarından Qəşəm İsabəyli, professor Rafiq Yusifoğlu, professor Zahid Xəlil, professor  Alxan Bayramoğlu, AMEA-nın Elmi Kitabxanasının direktoru Leyla İmanova, Abdulla Şaiq Ev Muzeyinin direktoru Ülkər Talıbzadə, Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov bu biblioqrafik göstərici haqqında öz dəyərli fikirlərini bildirdilər və əhəmiyyətli olduğunu qeyd etdilər. Çıxış edən qonaqlar Abbas Səhhətin Azərbaycan maarifi və uşaq ədəbiyyatının inkişafndakı xidmətlərinin nə qədər böyük olduğu haqqında məlumat verdilər. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan bu biblioqrafiya faktların yeniliyi, istinad edilən qaynaqların zənginliyi baxımından çox geniş və əhatəlidir. Vətənə, millətə sədaqət nümunəsinə çevrilmiş şairin ilk dəfə nəşr olunan “Abbas Səhhət. Biblioqrafiya” kitabı kitabşünaslıq mədəniyyətimizdə mühüm əhəmiyyət kəsb etməklə yanaşı, elmi-ədəbi ictimaiyyət üçün də dolğun, mükəmməl və sanballı töhfədir.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft