• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Danışan ilmələr” adlı tədbir keçirildi.
    21-11-2018 09:40:00

    21 noyabr 2018-ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş “Danışan ilmələr” adlı  tədbir keçirildi. Tədbirdə, Nəsimi rayonu Akif Abdullayev adına 211 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri iştirak edirdi. Tədbir iştirakçıları, Mir Cəlal Paşayevə həsr olunmuş kitab sərgisi ilə tanış oldular. Tədbirdə görkəmli alim Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıldı. Qeyd olundu ki, görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük bir şəxsiyyətdir. Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova həyatını, elmimizin və ədəbiyyatımızın inkişafina sərf edən böyük şəxsiyyətin xeyirxah əməlləri ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını oxucuların diqqətinə çatdırdı. Tədbirdə şagirdlərlə Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” əsəri üzrə diskussiya keçirildi. Diskussiya formasında keçən tədbirdə uşaqları maraqlandıran bütün suallar cavablandırıldı. Məktəblilərə yazıçının “Yuxu və külək”, Nizami Gəncəvinin “İsgəndərnamə” poeması əsasında yazılmış “İki rəssam” kitabları oxundu. Daha sonra, tədbir iştirakçılarına kitabxana haqqında geniş məlumat verildi. Sonda, kitab və kitabxananın əhəmiyyətini vurğulayan video material izlənildi.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft