• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    ”Kitab Tutan Balaca Əllər” adlı tədbir keçirildi.
    23-04-2018 12:44:00

    23 Aprel 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondu”nun birgə layihəsi çərçivəsində ”Kitab Tutan Balaca Əllər” adlı tədbir keçirdi. 23 aprel Uşaq Gününə həsr olunan tədbirdə, türk  yazarları, Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri və əməkdaşları, Azərbaycan uşaq yazarları, məktəblilər və.s qonaqlar iştirak edirdi. Tədbir Azərbaycan və  Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Tədbirin təşkilatçılarına söz verildi. F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Ş.Qəmbərova çıxışında bildirdi ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası neçə illərdir ki, bu cür beynəlxalq tədbirlərə də ev sahibliyi edir. Hələ 2009-cu ildə Uşaq İli ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən 20-dən çox səfirliklərin iştirakı ilə keçirilən “Dünya uşaq ədəbiyyatı inciləri” beynəlxalq sərgisi, Ulu öndərimizin 90 illik yubileyi ilə bağlı keçirilən “Dost ölkələrə səyahət: Əzizləyər hər el səni öz adətilə” adlı uşaq evləri və internat məktəbləri arasında yarışma,  2014-cü ildə keçirilən “Dünyanın mədəniyyət rəngləri”, 2015-ci ildə Türk Uşaq Ədəbiyyatı həftəsi kimi uğurlu layihələrə öz imzasını atmışdır. Belə tədbirlərin köməyi ilə  uşaqları dünya xalqları mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmiş, onlarda dostluq əlaqələrinin möhkəmləndirilməsi, tolerantlıq aşılamışdır. Sırada olan bugünki tədbir də Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması, iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Digər çıxışçılar – Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA-nın rəhbəri Adəm Urfa öz çıxışlarında tədbirin mahiyyətindən söhbət açaraq bütün uşaqları bayram münasibətilə təbrik etmiş, qeyd olunmuşdur ki,   “Kitab tutan balaca əllər” layihəsi çərçivəsində türk uşaq yazarlarının kitabları Azərbaycan dilinə çevrilmiş, çap olunaraq bütün uşaqlara bağlama (9 kitab) kimi hədiyyə olunacaqdır. Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 4 saylı orta məktəbin şagirdləri 23 aprel Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramını  ədəbi-bədii kompozisiya ilə təqdim etdilər. Ssenari üzrə təqdim olunan tədbirdə türk nağıllarının qəhrəmanı Kəloğlanla Azərbaycan nağıllarının qəhrəmanı Cırtdanın görüşü, balacaların ifasında hər iki xalqın dostuluğundan bəhs edən şeirlərin ifası, DOST-luq səhnəsinin  nümayişi, milli geyimdə, əllərində hər iki ölkənin bayraqlarını tutaraq rəqs edən və mahnılar ifa edən şagirdlərin çıxışları bütün tədbir iştirakçılarının gurultulu alqışlarına səbəb oldu. Tədbirin sonunda layihə çərçivəsində Türkiyənin tanınmış uşaq ədəbiyyatı yazarlarının Azərbaycan türkcəsinə çevrilmiş nəfis tərtibatlı 200-dən çox kitab bağlaması (Hayati Bice “Yəsəvi atadan hekayələr”, Firdevs Kapusızoğlu “Çitləmbikin macəraları”, Xəyal Əziz Sultanovun “Qardaşlıq Dastanı Nuri Paşa və Seyid Yəhya Bakuvi”, Veysel Akkaya “Mövlana Cəlaləddin Rumi”, Əyyub Sultan, Əziz Mahmud Hüdayi, Mustafa Tatcı “Azərbaycan müdrikləri”) bütün tədbir iştirakçılarına paylandı. Tədbir KİV əməkdaşları tərəfindən işıqlandırıldı, xatirə şəkillərinin çəkilişi ilə başa çatdı. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft