• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    M.Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirildi.
    05-06-2018 13:32:00

    2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi tamam olur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə  F.Köçərli adına Respublika Uşaq Kitabxanası Abşeron rayon Mehdiabad qəsəbəsi 4 saylı tam orta məktəblə birgə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.Müşfiqin yubileyinə həsr olunmuş  “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbiri 5 iyun 2018-ci ildə Müşfiqin ata ocağında – Xızı rayonunun Sayadlı kəndində keçirdi. Tədbirdə Mədəniyyət Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları,  filologiya elmləri namizədi Firudin Qurbansoy,  Akademik Dram Teatrının aktyorları, “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, əməkdar jurnalist Qafar Əsgərzadə, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Fondun təsisçisi Müşfiq Cabiroğlu və Müşfiq poeziyasının pərəstişkarları iştirak edirdi. Tədbirdən öncə Mikayıl Müşfiqin abidəsi önünə gül dəstələri qoyuldu. Tədbiri giriş sözü ilə Sumqayıt regional mədəniyyət və turizm idarəsinin Xızı rayonu üzrə nümayəndəsi Mövsüm Bağırov açaraq qeyd etdi ki, Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Və o, tədbirin proqramı ilə gələn qonaqları tanış etdi. Sonra söz uşaqlara verildi. Uşaqlar ədəbi bədii kompozisiyada nakam şairin yaradıcılığını əhatə edən şeirlər səsləndirdi, M.Müşfiqin şeirlərinə yazılmış mahnılar ifa etdilər. Birinci sinif şagirdinin söylədiyi “Oxu tar” şeiri bütün tədbir iştirakçılarını riqqətə gətirdi. Şagirdlərin ifasında şairin “Yenə o bağ olaydı...”, “Sənə qurban”, “Sənin gülüşlərin”, “Əbədiyyət nəğməsi”, “Həyat sevgisi”, “Ürək” və digər şeirləri söyləndi. Tədbirdə şairin həyat və yaradıcılığının müxtəlif istiqamətlərindən, sənətkarın dram, nəsr əsərlərindən, şeir və tərcümələrindən ətraflı danışıldı. Filologiya elmləri namizədi Firidun Qurbansoy, Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatının, teatrının, kinosunun inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı. Vurğulandı ki, qısa ömür yaşamasına baxmayaraq, Müşfiq təkrarolunmaz yaradıcılığı ilə yaddaşlarda yaşayır, yaşayacaq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi uşaqların mütaliə marağını artırmaq, onlarda ədəbi zövqü inkişaf etdirmək və müstəqillik, azadlıq uğrunda öz əqidələrindən dönməyən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini onlara tanıtmaq idi. Əsl ədəbiyyat, poeziya bayramına çevrilən tədbirin sonunda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və çıxışında gənc nəslin dünyagörüşünün formalaşması, mənəvi dünyasının zənginləşməsi,  vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğuladı.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft