• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Milli Matəm gününə həsr olunmuş “Dörd qərənfil” adlı anım gecəsi keçirildi.
    19-01-2018 11:01:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı 176 saylı məktəbin V-VIII-IX sinif şagirdləri ilə birgə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Milli Matəm gününə həsr olunmuş “Dörd qərənfil” başlığı altıda keçirilən anım gecəsində öncə  Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir məktəbin akt zalında keçirilmiş, giriş sözü ilə məktəbin direktoru Məhəbbət xanım çıxış edərək 20 yanvar hadisələri ilə bağlı faktlar əsasında çox maraqlı məlumatları tədbir iştirakçılarına çatdırmışdır. Bildirmişdir ki, 20 yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ilin 19-20 yanvar tarixlərində irticaya xidmət edən silahlı birləşmələrin qeyri-qanuni olaraq Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədilmiş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşlər. Sonra Məhəbbət xanım tədbirə gələn qonaqları təqdim etmişdir. Tədbirdə əməkdar artist Elxan Quliyev, Xalq artisti Eldost Bayram, əməkdar artist Əlvida Cəfərov, əməkdar artist Əlibala Nur iştirak edirdi. Tədbirdə uşaqlar “İlhamın vidası”, “İlhamın ölümü”, “Şəhidlər”, “Ana fəryadı”, “Şəhidlərin son mənzilə yola salınması”, “Şəhid məzarlarının harayı” adlı səhnəciklər göstərmişdir. Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması qiraətçi məktəblilər tərəfindən yüksək səviyyədə ifa olunmuşdur. Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş “Qanlı yanvar” sənədli filmi nümayiş etdirilmiş, məktəbin foyesində kitabxana əməkdaşları tərəfindən təşkil olunmuş kitab, foto və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft