• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “21 May – Ümumdünya Mədəni Müxtəliflik Günü” ilə əlaqədar “Nağılların rəng dünyası” adlı tədbir keçirildi
    27-05-2019 13:12:00

    Mayın 27-də, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “21 May -Ümumdünya Mədəni Müxtəliflik Günü” ilə əlaqədar “Nağılların rəng dünyası” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd, mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini uşaq və yeniyetmələrə aşılmaq və müxtəlif xalqların mədəniyyətlərini nümayiş etdirmək, həmçinin, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirməklə nağılları yaşatmaq idi Tədbirdə, Mədəniyyət Nazirliyindən nümayəndə, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Edvard Karvardin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zahidə İsrafilova, İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Azadə Novruzova, Bakı Slavyan Universitetinin yunan dili tədris mədəniyyət mərkəzinin müdiri Sevda Əlizadə, Greek İBBY- nın idarə heyəti üzvü Maria Delaki, Gəncliyə Yardım fondunun əməkdaşı Əziz Sultanov, uşaq yazarlarından Elvira Məmmədova, Aygün Bünyadzadə, Mehriban Nağıyeva və.s qonaqlar iştirak edirdilər. Tədbirdə, dünya ölkələri və bayraqları haqqında məlumat verən video-görüntü nümayiş edildi, həmçinin həmin ölkələrin nağıl qəhrəmanları və milli rəqsləri təqdim edildi. Musiqili nağıl-tamaşada əməkdar artist Elnur Hüseynovun ifasında, Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri Firidun bəy Köçərlinin obrazı canlandırılaraq onun tərəfindən kitab və kitabxananın uşaqların hərtəfərli inkişafında necə böyük rol oynadığı təbliğ olundu. Sonda, kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında bütün tədbir iştirakçılarını salamladı və onlara tədbirin əsas məqsədinin uşaqlara kitabları sevdirmək və onlarda mütaliəyə maraq yaratmaq olduğunu bildirdi. Qeyd etdi ki, bu tamaşada məhz uşaqların kitab və kitabxanalara marağının artmasına xidmət edir. Tədbirdə, teatrının foyesində dünya xalqlarının nağıllarını əks etdirən 500-dən çox maraqlı uşaq kitab sərgisi nümayiş olundu. Sonda, iştirakçı və tamaşaçı uşaqlara kitabxana tərəfindən kitablar hədiyyə edildi.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft