• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Ey dan ulduzu...” adlı monoloq müsabiqəsinin yekun mərhələsi və mükafatlandırma mərasimi keçirildi
    07-05-2019 13:03:00

    Mayın 7-də, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında böyük ədib, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar “Ey dan ulduzu...” adlı monoloq müsabiqəsinin yekun mərhələsi və mükafatlandırma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan, kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova hamını salamlayaraq qonaqları tədbir iştirakçılarına təqdim etdi. Müsabiqənin final mərhələsində iştirak hüququ qazanmış iştirakçılar böyük dramaturq C.Cabbarlının yaradıcılığını əhatə edən, yadda qalan obrazları canlandıraraq monoloqla çıxış etdilər. Daha sonra, böyük dramaturq C.Cabbarlının həyat və yaradıcılığını əks etdirən video-material təqdim olundu. Tədbirdə münsiflərdə fəxri qonaq qismində iştirak edən Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddin qızı və xalq artisti Səidə Quliyeva çıxış edərək, bütün iştirakçı uşaqları məharətli çıxışları üçün təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzuladılar. Münsiflərin qərarı nəticəsində, iştirakçılar arasından

    1-ci yerə, C. Cahangirov adına 4 nömrəli tam orta məktəbin şagirdi Məmmədova İlahə Müşfiq qızı

    2-ci yerə, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin şagirdi Axundzadə Abbas Ruslan oğlu

    3-cü yerə, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin şagirdi Nəsibzadə Şəms Humay Rəşad qızı layiq görüldü.

    Kitabxana tərəfindən müsabiqənin qaliblərinə diplom, bütün yarışmaçılara isə kitablar hədiyyə edildi. Sonda, tədbir iştirakçıları kitabxananın foyesində təşkil olunmuş dramaturgiyanın banisi C.Cabbarlının həyat və yaradıcılığını əks etdirən “Ey dan ulduzu...” adlı kitab sərgisi ilə tanış oldular.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft