• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Ümumdünya Ev Heyvanları Günü” ilə əlaqədar IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya
    30-11-2019 11:32:00

    Noyabrın 30-da, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbin 4- cü sinif şagirdləri ilə birgə “Mütaliə sevən dostlar evi” adı altında “Ümumdünya Ev Heyvanları Günü” ilə əlaqədar IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya etdilər. “Ümumdünya Ev Heyvanları Günü” –nun təsis edilməsi ideyası Beynəlxalq Təbiəti Mühafizə Hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş konqresində irəli sürülüb. Müxtəlif ekoloji təşkilatlar və təbiəti mühafizə cəmiyyətləri insanlarda bütün canlıların, o cümlədən ev heyvanlarının taleyi üçün məsuliyyət hissi tərbiyə etməyə yönəlmiş müxtəlif tədbirlər keçirməyə hazır olduqlarını bildirirdi.  Hər il qeyd olunan, insanlar tərəfindən əhliləşdirilmiş bütün heyvanlara həsr edilən bu bayram “dördayaqlı dostlarımız”ın taleyinə görə məsuliyyət daşıdığımızı bütün bəşəriyyətə xatırlatmışdır. Ekskursiya çərçivəsində, mərkəzin əməkdaşı uşaqlara mərkəz haqqında, onun yaranma tarixi, məqsədi və fəaliyyəti bəradə ətraflı məlumat verdi. Ekskursiyanın təşkilində əsas məqsəd, uşaqlarda, heyvanlara qarşı məhəbbət, diqqət və qayğı aşılamaq idi. Sonra uşaqlar, mərkəzdə küçələrdən yığılmış,  xüsusi qayğı və qulluq edilmiş it və pişiklərlə səmərəli vaxt keçirdilər. Sonda, IDEA Heyvanlara Qayğı Mərkəzinə kitabxana tərəfindən kitab və jurnallar hədiyyə edildi.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft