• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Uşaq kitab karvanı – Bölgələrdə”layihəsi çərçivəsində səyyar kitab sərgisi Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə
    29-10-2019 10:18:00

    26-30 oktyabr tarixində Mədəniyyət Nazirliyinin  dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı – Bölgələrdə” layihəsi çərçivəsində səyyar kitab sərgisi Mingəçevir, Yevlax,  Bərdə, Tərtər şəhər və rayonlarında baş tutdu. Layihə çərçivəsində uşaqların sevimli yazarları - Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı,  Solmaz Amanovanın uşaq və yeniyetmələrlə görüşləri, kitab təqdimatları və imza saatları keçirildi.  Oxucular kitab karvanını S.Hacıbəyovun “Karvan” simfonik muğamı sədaları altında qarşıladılar. Hər bir bölgədə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə ilə bağlı ətraflı məlumat verdi. Direktor çıxışında insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin müstəsna rol oynadığını qeyd etdi. Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir. Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqəqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan gənc nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.  Bu gün ənənəvi kitablarla yanaşı elektron kitablardan da istifadə etmək vacibdir. Bu baxımdan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Bərpanəşr layihəsi çərçivəsində ərsəyə gətirdiyi, jest dilinə tərcümə olunmuş MP4 formatda elektron kitablar xüsusi əhəmiyyət daşıyır. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün brayl əlifbası ilə çap olunmuş 11 adda kitablar da hər bir rayon kitabxanası üçün nəzərdə tutulmuş və hədiyyə edilmişdir.  Bölgələrdə keçirilən tədbirlər uşaqların ifasında sevimli yazarların şeirləri ilə başlamış, uşaqlar vətənə, kitaba, elmə həsr olunmuş şeirlər söyləmiş, həmçinin ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış, klassik Azərbaycan ədəbiyyatının nümayəndəsi,  böyük mütəfəkkir və şair İmadəddin Nəsimi ilə bağlı bədii kompozisiya nümayiş etdirmişlər.  Layihə çərçivəsində Mingəçevir, Yevlax, Bərdə, Tərtər şəhər və rayon MKS-nin uşaq şöbələrinin hər birinə  400 kitab hədiyyə edildi. Qeyd edək ki, “3 alma” TEAS Press Nəşriyyat evinin və Respublika Kitabxana Kollektorunun da hər bir bölgə üçün kitab hədiyyəsi olub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib. Tədbirdə iştirak edən fəal oxuculara kitab və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft