• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Uşaq kitab karvanı – Bölgələrdə” səyyar kitab sərgisi Ağdaş, Göyçay rayonlarında
    24-10-2019 10:17:00

    23-24 oktyabr tarixində Mədəniyyət Nazirliyinin  dəstəyi və F.Köçərli adına Respublika uşaq kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı – Bölgələrdə” layihəsi çərçivəsində səyyar kitab sərgisi Ağdaş, Göyçay rayonlarında baş tutdu.

    Tədbirdə uşaqların sevimli yazıçısı Zahid Xəlil, şirin, məzəli, yaddaqalan şeirləri ilə daim uşaqların əhatəsində olan Sevinc Nuruqızı, elmi fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı, uşaq yazıçısı, professor, “İRS” fənninin müəllifi Solmaz Amanova, Ağdaş və Göyçay rayon ziyalıları, mədəniyyət işçiləri, müəllimlər, uşaq və yeniyetmələr iştirak edirdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə ilə bağlı ətraflı məlumat verdi. Çıxışında qeyd etdi ki, bu gün kitab və mütaliənin kitabxanalar vasitəsilə təbliği ən aktual məsələlərdəndir, heç bir uşaq nəzərdən qaçmamalıdır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə hər bir uşağın diqqətini mütaliəyə yönəltmək qarşımızda duran vacib məsələlərdəndir. Bu gün ənənəvi kitablarla yanaşı elektron kitablardan da istifadə etmək vacibdir. Bu baxımdan F.Köçərli adına Respublika uşaq kitabxanasının Bərpanəşr layihəsi çərçivəsində ərsəyə gətirdiyi, jest dilinə tərcümə olunmuş MP4 formatda kitablar - disklər xüsusi əhəmiyyət daşıyır. Həmçinin gözdən zəif və görməyənlər üçün brayl şrifti ilə çap olunmuş 11 adda kitablar da hər bir rayon kitabxanası üçün nəzərdə tutulmuş və hədiyyə edilmişdir. Çıxışında sağlamlıq məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı ətraflı məlumat verdi. Tədbir uşaqların ifasında sevimli kitabların paradı ilə başladı. Uşaqlar vətənə, kitaba, elmə həsr olunmuş şeirlər söylədilər. Tədbirdə ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış, klassik Azərbaycan ədəbiyyatının nümayəndəsi,  böyük mütəfəkkir və şair İmadəddin Nəsimi ilə bağlı bədii kompozisiya nümayiş olundu. Layihə çərçivəsində Ağdaş, Göyçay MKS-nin uşaq şöbələrinin hər birinə 400 kitab hədiyyə edildi. Qeyd edək ki, “3 alma” TEAS Press Nəşriyyat evinin də hər bir bölgə üçün kitab hədiyyəsi olub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib. Tədbirdə iştirak edən fəal oxuculara kitab və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi. 

    Qeyd edək ki, “Uşaq Kitabı Karvanı” 25 oktyabr tarixində Ucar rayonuna yola düşəcək. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft