• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    “20 Yanvar – Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirildi
    15-01-2020 12:39:00

    Yanvarın 15-də, 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə F.Köçərli adına Respublika Uşaq  Kitabxanasında “20 Yanvar – Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin VII sinif şagirdləri, müəllim və valideynlər iştirak etdilər.  20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar  oxundu, şeirlər söylənildi. Biri-birini əvəz edən kompozisiyalar vətənpərvərlik hissləri aşılayırdı. Kompozisiyada şagirdlər qeyd etdilər ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin təzahürü idi. Biz hər zaman müstəqillik yolunda həlak olan şəhidlərimizin adını uca tutmalıyıq. Tədbirdə çıxış edən kitabxananın Elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova 20 Yanvar hadisəsini Azərbaycan xalqının azadlıq mücadiləsində mühüm mərhələ adlandırdı. Qeyd etdi ki, Sovet imperiyası həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizə ruhunu sarsıtmağa çalışsa da, buna nail ola bilmədi. Əksinə, Vətəninin azadlığı uğrunda mübarizəyə qalxmış xalq son ana qədər mübarizə əzmi nümayiş etdirərək, öz istiqlaliyyətinə qovuşdu. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Z.Dadaşova şəhidlərin xatirəsinə həsr olunmuş bu tədbirin yüksək səviyyədə təşkil olunduğundan, şagirdlərin vətənpərvərlik ruhlu mahnıları məharətlə ifa etdiklərindən də məmnunluq duyduğunu ifadə etdi. O, bu gün məktəbdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində aparılan işlərə görə tədbir təşkilatçılarına və müəllimlərə öz minnətdarlığını bildirdi.

    Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Həqiqət uğrunda ölümləriylə, Ölümü kamına çəkdi şəhidlər” adlı kitab sərgisi ilə tanış oldular, şəhidlərin şəkilləri önünə qərənfillər düzdülər. 

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft