• Az | Ru
    • ABOUT US
      • Our History
      • Structure
        • Managment
        • Department
        • Branches
      • For Children With Disabilities
      • Our projects
      • Rules of use
      • Photo gallery
      • Video Gallery
      • Media
      • Rainbow Magazine
      • Reports
      • Archive
      • Xəbərlər
    • NEW LITERATURE
      • New books
        • Our publications
        • Reissue
      • Electronic books
        • In Azerbaijani
        • In other language
        • Golden Fund
          • Literature
          • Sound Library
    • BIBLIOGRAPHIC SERVICE
      • Informational bibliography
        • Bibliographic indicators
        • Daycest
        • Slides
      • National Literature
        • Recommended literature
      • Scientific methodology
        • Methodological resources
        • Remarkable days
    • MULTIMEDIA
      • Virtual Exhibition
      • Audio Books
        • Talking books
        • Tales, stories, poems
        • Anecdotes for children
        • Textbooks
      • Cartoons
      • Children's songs
    • CONTACT
    Az | Ru
      • AZ
      • RU
    logo
    Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının iştirak etdiyi silsilə skyp görüşlər davam edir
    16-04-2020 13:35:00

    Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbinin 3-cü sinif şagirdləri, uşaq yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, prof. Zahid Xəlil və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi olunduğu barədə növbəti onlayn görüş keçirildi. Görüşün əsas məqsədi - koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yaratmış olduğu vəziyyətlə əlaqədar kitabxananın hazırki fəaliyyəti haqqında oxuculara geniş məlumat vermək, onlara bu günlərdə dəstək olaraq mütaliəni, elektron ədəbiyyatı təbliğ edərək maarifləndirmək,  eləcə də uşaqları sevimli yazarları ilə canlı ünsiyyət yaradaraq bütün suallara onlar tərəfindən cavab almaq imkanı təşkil etməkdir. Görüş çərçivəsində  Ş.Qəmbərova şagirdlərin təhsilə və kitaba olan marağını yüksək qiymətləndirdi, uşaqlara skyp görüşün fəxri qonağı olan Zahid Xəlilin yaradıcılığı, kitabları, əsərləri haqqında  geniş təqdimat etdi. Ş.Qəmbərova uşaqlara elektron kitabxana haqqında ətraflı məlumat verdi. O, çıxışında bildirdi ki, kitablar bizlərin ən yaxın dostu, kitabxanalar isə ən sevdiyimiz məkan olmalıdır. Uşaqlara biliklərini mükəmməl səviyyədə artırmaları, eləcə də, gələcəkdə sevdikləri peşədə uğur qazanmalarının oxuyaraq, mütaliə edərək əldə edə biləcəklərini qeyd etdi. Evdə qaldıqları bu dövrdə kitabxananın internet resurslarından səmərəli istifadə etməyi tövsiyyə etdi. Ş.Qəmbərova karantin bitəndən sonra uşaqlara kitabxanada sevimli yazarları ilə canlı görüş təşkil edəcəyini söylədi. Zahid Xəlil uşaq ədəbiyyatına məhz uşaqları sevdiyi üçün gəldiyini bildirdi. Müəllifi olduğu bütün uşaq şeirlərini uşaqlara duyduğu böyük sevgi və qayğı hissləri ilə qələmə aldığını söylədi. Uşaqlarla geniş disskusiya aparan yazar Zahid Xəlil, uşaqları daima mütaliə edərək dünyagörüşlərini inkişaf etdirməyə səslədi.Yazar uşaqların xahişi ilə onların ən çox sevdiyi şeirləri səsləndirdi və onları maraqlandıran bütün sualları cavablandırdı. 2 saata yaxın davam edən canlı bağlantı xoş ovqatla başa çatdı.

     

    ABOUT US

    • Our History
    • Managment
    • Department
    • Branches
    • For Children With Disabilities
    • Our projects
    • Rules of use
    • Photo gallery
    • Video Gallery
    • Media
    • Rainbow Magazine
    • Reports
    • Archive
    • Xəbərlər

    NEW LITERATURE

    • Our publications
    • Reissue
    • Literature
    • Sound Library
    • In Azerbaijani
    • In other language

    BIBLIOGRAPHIC SERVICE

    • Bibliographic indicators
    • Daycest
    • Slides
    • Recommended literature
    • Methodological resources
    • Remarkable days

    Address:

    • Baku city, S.Vurgun street 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft